13 aprel 2018, 18:22

Elşad Həsənovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Bir neçə il idi ki, yaşadığımız ev qəzalı vəziyyətə düşmüşdü. Ailəmiz bu evdə qorxu içində yaşayırdı. Sizə müraciətimizdən sonra bizim üçün yeni yaşayış evi tikilib təhvil verildi.

Əziz Prezidentimiz, biz Sizin sayənizdə təhlükəsiz həyata qovuşduq. Sizin kimi Prezidentimiz olması ilə fəxr edirik. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Aprelin 11-də keçirilən prezident seçkilərində seçki məntəqələrinə gedərək öz layiqli namizədimizə - Sizə səs verdik.

Yaşasın, cənab İlham Əliyev. Yaşasın, Azərbaycan xalqının layiqli övladları!

Hörmətlə,

Həsənov Elşad Mirbağır oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Siyov kəndi.