2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovdan

14 aprel 2018, 14:16

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının yüksək etimadına sahib olduğunuza əyani sübutdur. Bu, sadə insanların həyat şəraitini yaxşılaşdırmaq, Azərbaycanın regionda və bütün dünyada nüfuzunu artırmaq istiqamətində son illər gördüyünüz işlərə verilən yüksək qiymətdir. Əminəm ki, yeni səlahiyyət müddətiniz ərzində Siz ölkənizin inkişafı və rifahı üçün fəal və yorulmadan çalışmaqda davam edəcəksiniz. Mən, həmçinin inanıram ki, Sizin zəngin siyasi təcrübəniz ölkənizin beynəlxalq aləmdə və Qara dəniz regionunda aparıcı rolunun bundan sonra da genişlənməsinə töhfə verəcəkdir.

Bolqarıstan ilə Azərbaycan arasında əlaqələr xalqlarımızın mənafeyi naminə davamlı inkişaf edir. Fəxr edirəm ki, Sizinlə birlikdə biz ölkələrimizin təkcə iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi sahələrdə sıx əməkdaşlığının etibarlı əsaslarının qoyulmasına nail olmuşuq. Bu baxımdan, xalqlarımız arasındakı dostluq əlaqələrinin gücləndirilməsinə Sizin şəxsi töhfənizi və sadiqliyinizi çox yüksək qiymətləndirirəm. Öz tərəfimdən bildirirəm ki, ikitərəfli münasibətlərimizin inkişafına bundan sonra da hər cür dəstək göstərməyə hazıram.

Əziz dostum, Sizinlə keçirdiyim bütün görüşləri məmnuniyyətlə xatırlayıram. Həmin görüşlərdə Sizin yüksək intellektinizə, sağlam mühakimənizə və diplomatik məharətinizə valeh olmuşam. Ən əsası isə odur ki, Siz həmişə mürəkkəb siyasi məsələlərin həllində ümumi razılığa gəlməyə səy göstərmisiniz. Əminəm ki, konsensus axtarışı, başqalarının maraqlarına hörmət və milli maraqları qorumaq yeni prezidentlik dövründə də Sizin fəaliyyətinizin əsas prinsiplərindən olacaq.

Sizinlə yeni görüşlərimizi səbirsizliklə gözləyir və bu xoş fürsətdən istifadə edərək, çox məsuliyyətli işinizdə Sizə cansağlığı və uğurlar arzulayıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

Georgi Pırvanov

2002-2012-ci illərdə Bolqarıstan Respublikasının

Prezidenti

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10