“Kabardin-Balkar Müsəlmanları Dini İdarəsi” Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri müfti Həzrətəli Dzasejevdən

15 aprel 2018, 12:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Kabardin-Balkar müsəlmanları, Kabardin-Balkar Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan xalqının Sizə göstərdiyi etimad, heç şübhəsiz, Sizin xidmətlərinizin və nailiyyətlərinizin, ölkənizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə, onun mədəni intibahına, beynəlxalq arenada nüfuzunun yüksəldilməsinə, eləcə də dövlət-din münasibətlərinin nizamlanmasına, dini etiqad azadlığının təmin edilməsinə, dini-mənəvi dəyərlərin qorunub saxlanılmasına yönəlmiş siyasi kursunuzun doğru olduğunun sübutudur.

Sizin müdrik rəhbərliyiniz bu gün ölkənizdə bir çox dinlərin və millətlərin nümayəndələrinin dinc və rahat yaşamasını təmin edir. Sizin bütün dünya müsəlmanları birliyinə ünvanlanmış İslam həmrəyliyinə çağırışınız isə dinlərarası münasibətlərin keyfiyyətinin yüksəldilməsində və İslamın həqiqi dəyərlərinin geniş yayılması yolunda mühüm mərhələdir. Bu prosesdə Kabardin-Balkar Müsəlmanları Dini İdarəsi Sizin təşəbbüsünüzü tam dəstəkləyir və bundan sonra da sıx, məhsuldar əməkdaşlığa hazırdır.

Mən Uca Allahdan diləyirəm ki, cəmiyyətə xidmət etdiyiniz bu çətin yolda bütün xoşməramlı təşəbbüslərinizdə öz lütfünü və mərhəmətini Sizdən əsirgəməsin. Ali dövləti vəzifənizdə Sizə tükənməz həyat enerjisi, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.

Bütün xeyirli əməllərinizdə Allah-Təala köməyiniz olsun.

Hörmətlə,

Müfti Həzrətəli Dzasejev

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası

“Kabardin-Balkar Müsəlmanları Dini İdarəsi” Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri