20 aprel 2018, 16:03

Masi Məmmədovadan, Sumqayıt, Azərbaycan

Sizə bir şəhid anası kimi müraciət edirəm. Əvvəlcə Sizi dövlətimizə yenidən rəhbər seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz elə bir ailədə böyüyüb tərbiyə almısınız ki, bu ailə heç vaxt ölkənin düşdüyü vəziyyətə, millətin halına biganə qala bilməz. Sizin ulu öndər Heydər Əliyev kimi atanız olub. İnanıram ki, xalqımızın inamı və dəstəyi ilə uğurlarınız davam edəcək.

Mən Sizə bir şəhid anası olaraq minnətdarlığımı da bildirirəm. Dünən səhər verdiyiniz Fərmanı nəvəm mənə oxudu. Şəhid ailələrinə 11 min manatın verilməsi xəbəri bizə təsəlli oldu. Mənim balam şəhidlik zirvəsinə ucaldı. Sizin biz şəhid analarına maddi kömək olmağınız balalarımızın ruhuna göstərdiyiniz ehtiramın bir nümunəsidir. Çox sağ olun.

Biz Sizi və Birinci vitse-prezident Mehriban xanımı dəstəkləyirik və həmişə Sizinləyik. Unutmayın ki, bar verən ağaca daş atan çox olur. Siz daim irəli gedin, biz də xalq olaraq Sizin arxanızdayıq.

Hörmətlə,

Məmmədova Masi Əvəz qızı

Şəhid Məmmədov Eylaz Əli oğlunun anası

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.