N.İ.Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21 aprel 2018, 14:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il.