23 aprel 2018, 18:30

Daşqın Əsgərovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə kəndimizin infrastrukturu yaxşılaşdırılıb, insanları narahat edən problemlər köklü şəkildə aradan qaldırılıb. Siz çıxışlarınızda kənd yollarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlar verir, bununla əlaqədar sərəncamlar imzalayırsınız. Sizin bu diqqətiniz sayəsində bizim də kəndimizə asfalt yol çəkilib.

Əziz Prezidentimiz, bizi narahat edən yol problemimizin həllinə görə şəxsən öz adımdan və kənd camaatı adından Sizə minnətdarlığımızı bildirirəm. Fürsətdən istifadə edərək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əsgərov Daşqın Talıb oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi.