“Space Systems” (Kosmos sistemləri) bölməsinin icraçı vitse-prezidenti Fransanın “Airbus” müdafiə və kosmik şirkətinin prezidenti Nikola Şamüsidən

11 may 2018, 19:12

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident Əliyev.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. 2017-ci ilin mart ayında Parisdə baş tutan açıq müzakirəmizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Məmnunluq hissi ilə qeyd edirəm ki, Azərbaycan “Airbus” şirkəti ilə əməkdaşlıqda müsbət mövqedədir. “Azərsky” peyki Azərbaycanın iqtisadiyyatı və suverenliyi üçün Yer səthinin məsafədən müşahidə imkanlarının inkişafı istiqamətində ilk uğurlu addımdır. Kosmos sahəsində strateji danışıqlarımızı davam etdirmək məqsədilə məmnuniyyətlə Bakıya səfər etməyimə şad olardım.

Hörmətlə,

Nikola Şamüsi

“Space Systems” (Kosmos sistemləri) bölməsinin icraçı vitse-prezidenti

Fransanın “Airbus” müdafiə və kosmik şirkətinin prezidenti