06 sentyabr 2018, 15:00

Adilə Həsənovadan, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Mən Cəbrayıl rayonundan məcburi köçkünəm. Bütün çətinliklərə baxmayaraq, atasız iki qız övladı böyütmüşəm, onlara ölkəmizə layiqli vətəndaş olmağı öyrətmişəm. Hazırda hər iki qızım tələbədir.

Bir müddət əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlər üçün tikilən binada mənzillə təmin olundum. Artıq bir neçə gündür ki, yeni mənzilimizə köçmüşük. Sevincimizin həddi-hüdudu yoxdur.

Hörmətli Mehriban xanım, bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Prezidentimizə və Sizə minnətdarıq. Allah Sizə kömək olsun. Bir vətəndaş kimi fəxr edirəm ki, ölkəmizdə məcburi köçkünlərin problemlərinə həssas yanaşılır və onların həlli istiqamətində əməli addımlar atılır.

Hörmətlə,

Həsənova Adilə, Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.