Prezident İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiçin mətbuat üçün bəyanatları

13 may 2010, 14:40

Prezident İlham Əliyevfin bəyanatı

- Hörmətli cənab Prezident!

- Əziz dostlar!

- Cənab Prezident! İlk növbədə Sizi ölkəmizdə bir daha salamlamaq istərdim. Mən Sizin Azərbaycana ilk dəfə səfər etməyinizdən çox şadam. Bu, ikitərəfli münasibətlərimiz tarixində Serbiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizin bundan sonra da sürətlə inkişaf etməsi üçün çox yaxşı imkanlar yaradacaqdır. Bizim münasibətlər çox uğurla inkişaf edir. Biz çox güclü siyasi dialoq qurmuşuq. Əminəm ki, bu gün ikitərəfli münasibətlərimizlə bağlı müzakirə etdiyimiz bütün məsələlər, qəbul etdiyimiz qərarlar və imzaladığımız sənədlər tezliklə icra ediləcəkdir. Bu, ölkələrimizə indikindən də daha yaxın olmağa imkan yaradacaqdır.

Bu gün biz ikitərəfli münasibətlərlə bağlı geniş əhatə dairəsi olan məsələləri, beynəlxalq münasibətlərlə və beynəlxalq vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Bir daha xatırlatmaq istərdim ki, bizim ölkələr beynəlxalq miqyasda bir-birini dəstəkləyir. Bu dəstək çox güclüdür və əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Biz Serbiyanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Biz bir ölkənin razılığı olmadan onun sərhədlərinin dəyişdirilməsini tam yolverilməz hesab edirik və Kosovonun birtərəfli qaydada müstəqilliyini bəyan etməsi qeyri-qanuni bir addımdır. Əfsuslar olsun ki, bəzi ölkələr onu tanıyıb. Lakin mən əminəm ki, beynəlxalq hüququn norma və prinsiplərinə bütün ölkələr tərəfindən riayət edilməlidir. Biz həmin təşkilatlara beynəlxalq birliyin üzvü olmaq, bu təşkilatların norma və prinsiplərini, suveren hüquqlarımızı müdafiə etmək imkanına qadir olmaq məqsədi ilə daxil omuşuq.

Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar prosesini də müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ bölgəsi və Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonumuz 15 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal uzun illərdir ki, davam edir. Uzun illərdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunan ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl etmir. Bu münaqişə yalnız beynəlxalq səviyyədə qəbul edilən normalar, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir.

Millətlərin öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə isə, hər şeydən əvvəl, qeyd etmək istərdim ki, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların Ermənistan dövləti vardır və ermənilərin məntiqi ilə onlar yaşadıqları bütün yerlərdə öz müqəddəratlarını təyin etməyə cəhd etsələr, o zaman dünyada çoxlu erməni dövləti olar. Eyni zamanda, Dağlıq Qarabağda hazırda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlı əhali üçün suveren Azərbaycan dövləti çərçivəsində özünüidarəetmə uğurla təşkil edilə bilər.

Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu çoxkonfessiyalı və çoxmillətli bir ölkədir. Müxtəlif etnik qrupların nümayəndələri, müxtəlif dini köklərə malik olan insanların hamısı ölkəmizdə eyni hüquq və azadlıqlara malikdirlər.

Bu gün biz, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı məsələləri də müzakirə etdik. Bu əməkdaşlığı genişləndirmək və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istək mövcuddur. Əsas diqqət yönəltdiyimiz məsələlər sırasında enerji sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Düşünürəm ki, bu sahədə uzunmüddətli və geniş əməkdaşlığımız üçün çox yaxşı imkanlar vardır. Azərbaycanın enerji ehtiyatları, neft və qaz dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə nəql olunur. Biz şaxələndirmənin yeni istiqamətləri üzərində işləyirik. Azərbaycan artıq regionumuzda enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Ümidvaram ki, yaxın gələcəkdə Avropanın da enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayacaqdır. Düşünürəm ki, bu baxımdan ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı, faydalı və çox səmərəli ola bilər.

Cənab Prezident, mən çox məmnunam ki, Sizi çoxlu iş adamları müşayiət edir və onlar ölkəmizdəki tərəfdaşları ilə görüşmək imkanı əldə edirlər. Əminəm ki, bu tərəfdaşlığın yaxşı nəticələrini yaxın zamanlarda görəcəyik. Biz Serbiyada, Azərbaycanda, ola bilər ki, digər ölkələrdə qarşılıqlı investisiya layihələrində maraqlıyıq. Biz iş adamlarımızın ölkələrimizdə, yerləşdiyimiz regionda biznes fəaliyyətləri üçün daha yaxşı imkan yaratmaqdan ötrü səylərimizi birləşdirə, yerləşdiyimiz coğrafi mövqedən istifadə edə bilərik. Bir sözlə, əminəm ki, Azərbaycan ilə Serbiya arasında olan güclü münasibətlər ölkələrimiz və xalqlarımız üçün faydalı olmaqla yanaşı, regional səviyyədə daha yaxşı anlaşmaya da xidmət edəcəkdir. Balkanlar, Xəzər dənizi, Qara dəniz, Qafqaz - biz hazırda bu coğrafi bölgələrdə daha yaxşı anlaşmanın necə əldə olunması üzərində işləyirik. Əminəm ki, Azərbaycan və Serbiya ümumi tərəfdaşlıq və dostluq işinə öz uğurlu töhfəsini verəcəkdir.

Biz daha çox sahələri müzakirə etdik. Əlbəttə ki, mədəniyyət və humanitar sahələr çox önəmli sahələrdir. Biz bir-birimizi daha yaxından tanımalı, qarşılıqlı səfərləri intensivləşdirməliyik və artıq gələcək təmaslarımızın proqramını razılaşdırmışıq.

Cənab Prezident, bir daha Sizi və Sizi müşayiət edən nümayəndə heyətini ölkəmizdə salamlamaq istərdim. Ümidvaram ki, Azərbaycana səfəriniz faydalı olacaq və bu səfərdən məmnun qalacaqsınız. Sağ olun!

X X X

Serbiya Prezidenti Boris Tadiçin bəyanatı

- Çox sağ olun, cənab Prezident!

Həqiqətən Serbiya hökumətinin nümayəndə heyəti ilə Bakıda - Azərbaycanda olmağımdan, Sizinlə və Sizin nümayəndə heyəti ilə ikitərəfli münasibətlərimiz və tarixi imkanlarımız barədə danışıqlar aparmaqdan, üzləşdiyimiz problem və çağırışları müzakirə etməkdən şərəf hissi duyuram.

Mən görürəm ki, bizim ümumi problem və çağırışlarımız vardır. Mən ərazi bütövlüyümüzü, ölkələrimizi qorumaq məsələləri ilə yanaşı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi çağırışları, ümumiyyətlə, ölkələrimizin gələcək inkişafı ilə bağlı məsələləri qeyd etmək istərdim. Bunlar özləri də hər iki tərəf üçün bir çağırışdır. Siz çoxtərəfli təsisatlarda beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində bizə arxayın ola bilərsiniz. Bu, prinsipial məsələdir.

Biz Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə separatçılıq etmək məqsədi ilə etnik bəhanələrdən istifadə edən separatçıların tamamilə əleyhinəyik. Bu səbəbdən də biz Serbiyanın cənub əyaləti olan Kosovoya dair ölkəmizin ərazi bütövlüyü ilə bağlı maraqlarımızdan imtina etmirik.

Cənab Prezident, biz iqtisadi sahədə, enerji sektorunda əməkdaşlığımızdan, iqtisadiyyatımızın digər sahələri ilə bağlı əlaqələrimizdən danışdıq. Mən tam əminəm ki, biz iş adamlarımız, xalqlarımız və ümumiyyətlə, ölkələrimiz üçün həqiqətən də yaxşı imkanlar yarada bilərik. Qlobal enerji siyasətində Azərbaycan enerji sektorunun əsas iştirakçılarından biridir. Enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu çox əhəmiyyətlidir. Biz Azərbaycanın enerji planlarına qoşulmaqda çox maraqlıyıq. Azərbaycan, Gürcüstan və Rumıniya marşrutu ilə sıxılmış qazın nəqlinə dair layihə və Azərbaycanın digər planları da Serbiya üçün olduqca maraqlıdır. Serbiyanın neft şirkətləri ölkənizin işgüzar dairələri ilə enerji sektorunda daha yaxşı mühitin yaradılması imkanlarını müzakirə edəcəklər.

Cənab Prezident, eyni zamanda, ölkənizin şirkətləri də Serbiya iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoya bilərlər. Biz bu haqda danışmışıq. Mən tam əminəm ki, bu səfərdən sonra biz işgüzar dairələrimiz üçün daha yaxşı imkanlar və şərait yaratmağa, ölkələrimizdə yeni iş yerlərinin açılmasına hazır olacağıq.

Cənab Prezident, danışıqlarımızın əvvəlində Siz bildirmişdiniz ki, çətinliklər və çağırışlar bir-birimizi daha yaxşı anlamaq üçün münbit şərait yaradır. Sizin də, bizim də qaçqınlarınız vardır. Hazırda Serbiyada yarım milyon məcburi köçkün yaşayır. Biz onların aqibəti üçün məsuliyyət daşıyırıq. Lakin biz prinsipial məsələlərdə öz mövqeyimizi, beynəlxalq qanunları, Helsinki Yekun Aktını, BMT Nizamnaməsini müdafiə etmək üçün səylərimizi davam etdirəcəyik. Bu məsələdə Siz bizə arxayın ola bilərsiniz.

Cənab Prezident, Bakıda - Azərbaycanda bizə göstərilən çox səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm və Sizi ölkəmizə səfərə dəvət edirəm. Sağ olun.

Bakı. 13.05.2010.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55