İlham Əliyev Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur

28 avqust 2011, 14:00

Prezident İlham Əliyevin ölkədə yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun olaraq yenidən qurulması ilə bağlı sərəncam və göstərişlərinə əsasən paytaxtda və bölgələrdə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni yol qovşaqları və piyada keçidləri inşa edilir.

Dövlət başçısı avqustun 28-də Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafında olan 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Tikintinin layihəsi barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, layihə üzrə yolun bu hissəsinin ümumi uzunluğu 2,8 kilometr, eni isə 41,50 metr olacaqdır. Səkkiz hərəkət zolağından ibarət olacaq yeni yol cənub və cənub-qərb istiqamətində nəqliyyatın paytaxta rahat giriş və çıxışını tam təmin edəcəkdir. Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafından keçən bu hissəsində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə 4 yeni piyada keçidi inşa olunur. İnşaat və dizayn işləri ən müasir standartlara uyğun olaraq yüksək zövqlə həyata keçirilir.

Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrlik hissəsində aparılan inşaat işləri ilə paralel olaraq Dənizkənarı Milli Parkın genişləndirilərək Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi layihəsi də uğurla icra edilir.

Xatırladaq ki, 2011-ci il martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər genişləndirilməsi, burada abadlıq və quruculuq işlərinin aparılması ilə bağlı tapşırıqlar vermişdi. Layihənin icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti görülən işlərlə yerindəcə tanış oldu. Burada həyata keçirilən inşaat işləri barədə dövlət başçısına məlumat verildi. Bildirildi ki, layihəyə uyğun olaraq Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılacağı nəzərdə tutulur. Burada əhalinin istirahəti üçün lazım olan bütün şəraitin yaradılacağı qeyd edildi. Bir əsrdən çox yaşı olan məşhur Bakı bulvarı 2011-cu ildən yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Daha sonra Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin gedişi ilə bir daha tanış oldu. Dövlətimizin başçısı burada aparılan inşaat işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10