İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

19 sentyabr 2018, 11:30
İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq Avstriyanın keçmiş Prezidenti Haynts Fişerin Azərbaycana və özünün Avstriyaya rəsmi səfərini məmnunluqla xatırladı. İqtisadi sahədə əməkdaşlığın da çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bir sıra Avstriya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğuladı. Dövlətimizin başçısı əminliklə qeyd etdi ki, Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsi onların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq və səfər zamanı idman, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan danışıqlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

Vitse-kansler Haynts-Kristian Ştraxe Avstriya Respublikasının Kansleri Sebastian Kurtsun salamlarını dövlətimizin başçısına çatdırdı. Haynts-Kristian Ştraxe qeyd etdi ki, böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əsas məqsədi yaxşı səviyyədə olan Avstriya-Azərbaycan əlaqələrini daha da dərinləşdirmək və əlaqələrimizin xoş ənənələrindən çıxış edərək bu işlərə töhfə vermək niyyətindən ibarətdir. O, iki ölkə rəsmiləri arasında təmasların əlaqələrimizin inkişafı baxımından önəmli olduğunu dedi. Haynts-Kristian Ştraxe ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək, strateji əhəmiyyətli məsələlərin müzakirəsi və konkret birgə layihələrin icrası məqsədilə şuranın yaradılmasını və bu şuranın iclaslarının mütəmadi olaraq keçirilməsini təklif etdi. O, eyni zamanda, bildirdi ki, ölkəsi Avropa İttifaqından Azərbaycana investisiyaların cəlb olunması, Avstriya texnologiyalarının ölkəmizə gətirilməsi və burada istehsal olunan məhsulların ixrac edilməsində maraqlıdır. Qonaq, həmçinin qeyd etdi ki, Avstriya tərəfi Azərbaycan şirkətlərinin ölkəsində təmsil olunmasına da maraq göstərir və Azərbaycan məhsullarının Avropa İttifaqı bazarlarına çıxarılması işində ölkəmizə dəstək verməyə hazırdır.

Dövlətimizin başçısı Avstriya Kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriyanın Federal Kanslerinə çatdırmağı xahiş etdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10