Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 sentyabr 2018, 17:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Aslanov İlham Tağı oğlu

Hüseynov Otel Əhmədiyə oğlu

Quliyev Kərim Yaqub oğlu

Mehdiyev Faiq Mehdi oğlu

Nağıyev Roman Fərhad oğlu

Şamilov Valeh Məmməd oğlu

“Əməkdar müəllim”

Vəliyev Fuad Həsən oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2018-ci il.