Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16 oktyabr 2018, 18:23

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2018-ci il.