Birinci vitse-prezident Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

23 oktyabr 2018, 17:35
Birinci vitse-prezident Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib.

Cəmiyyətin, ölkənin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycanda bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Vətəndaşlarının əksəriyyəti müsəlman olan Azərbaycanda məscidlərin, eyni zamanda, rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikilməsi və təmiri dövlətin bu istiqamətdə apardığı siyasətin göstəricisidir. Bu sahədə Heydər Əliyev Fondunun da gördüyü işlər böyük əhəmiyyətə malikdir.

Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verdi.

Bildirildi ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.

Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.

Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Son bir neçə ildə ölkədə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Qurani-Kərim hədiyyə etdi.

Dövlət-din münasibətlərinin Azərbaycan modeli bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Azərbaycanın bu istiqamətdəki siyasəti artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq edib. Azərbaycan öz milli-mənəvi, dini dəyərlərinə sadiq, onları qoruyan, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyən bir ölkə kimi tanınır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 may 2024
11:20
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

09 may 2024, 11:20
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08
SƏNƏDLƏR Sərəncamlar 07 may 2024
18:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli...

07 may 2024, 18:06