İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

25 oktyabr 2018, 12:23
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodetsi qəbul edib.

Dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin VI Bakı Beynəlxalq Humanitar Forumuna göndərdiyi təbrik məktubuna görə minnətdarlığını bildirdi və orada qeyd olunan fikirlərin önəmini vurğuladı. Prezident İlham Əliyev Rusiyanın bu tədbirdə belə geniş tərkibdə təmsil olunmasından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı bildirdi ki, Rusiya Prezidenti ilə son görüşləri zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən bu Forumla bağlı məsələlər də müzakirə olundu və əməkdaşlığımızın bütün istiqamətlərdə, eləcə də humanitar sahədə inkişafından məmnunluq ifadə edildi. Dövlətimizin başçısı qeyd etdi ki, qonşu və dost ölkələr olan Azərbaycan ilə Rusiyanın bu sahədə əlaqələri nümunəvi xarakter daşıyır və humanitar əməkdaşlıq məsələsi demək olar ki, dövlət başçıları arasında keçirilən bütün görüşlərin gündəliyində durur. Prezident İlham Əliyev bildirdi ki, siyasi sahədə əlaqələr də uğurla inkişaf edir. Bu baxımdan dövlətimizin başçısı bir aydan az bir müddətdə özünün Rusiyaya rəsmi səfəri və Vladimir Putinin də Azərbaycana səfərinin həyata keçirilməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd etdi.

Forumun bir daha ölkələrimiz arasında yaxın əlaqələrin mövcud olduğunu nümayiş etdirdiyini deyən Prezident İlham Əliyev bu tədbirdə demək olar ki, dünya birliyinin yarısının təmsil olunmasını Foruma olan böyük diqqətin təzahürü kimi qiymətləndirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodets ölkəmizin, şəxsən Prezident İlham Əliyevin Humanitar Foruma göstərdiyi bu cür diqqətə görə minnətdarlığını bildirdi. Bu tədbirin iki ölkənin dövlət başçıları tərəfindən irəli sürülmüş təşəbbüs olduğunu vurğulayan qonaq forumdan-foruma iştirakçıların sayının artdığını və gündəliyin daha da genişləndiyini vurğuladı. O qeyd etdi ki, bu Forumda müzakirə olunan məsələlərin gündəlik həyatda reallaşması böyük önəm daşıyır.

Daha sonra xanım Olqa Qolodets vurğuladı ki, həm Azərbaycan, həm də Rusiya davamlı olaraq tolerantlıq siyasətinin həyata keçirilməsi və milli mədəniyyətlərin vəhdət şəklində inkişaf etdirilməsi baxımından dünyaya bir nümunədirlər. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirək Forumun humanitar sahədə əməkdaşlıq işinə böyük töhfə verdiyini bildirdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10