İlham Əliyev UNESCO-nun baş direktorunun müavinini qəbul edib

25 oktyabr 2018, 14:05
İlham Əliyev UNESCO-nun baş direktorunun müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO-nun baş direktorunun müavini Çu Sini qəbul edib.

Dövlətimizin başçısı UNESCO-nun baş direktorunun müavini Çu Sinin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi və bunu Azərbaycan-UNESCO əməkdaşlığının yaxşı nümunəsi kimi dəyərləndirdi. Azərbaycan ilə UNESCO əlaqələrinin güclü tərəfdaşlığa və zəngin tarixə malik olduğunu qeyd edən dövlətimizin başçısı uğurlu əməkdaşlığımızın davam etməsindən məmnunluğunu bildirdi. Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi ötən illər ərzində ölkəmizin tarixi, mədəni abidələrinin, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan tarixi yerlərin ümumbəşəri dəyərlərə çevrilməsi işində UNESCO-nun fəaliyyətini yüksək qiymətləndirir. Dövlətimizin başçısı bildirdi ki, bütün bunlar ölkəmizin bu təşkilatla uğurlu əməkdaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların dünyaya yayılması ilə bağlı UNESCO tərəfindən görülən işlərə görə minnətdarlığını bildirdi.

Çu Sin, ilk növbədə, UNESCO-nun baş direktoru xanım Odri Azulenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, VI Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyət daşıdığını qeyd etdi və bildirdi ki, Azərbaycan mədəniyyətlərarası dialoqla bağlı bu cür tədbirlərin keçirilməsi üçün nümunəvi bir məkandır. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində mühüm nöqtədə yerləşdiyini vurğulayan Çu Sin bu tədbirin Bakıda keçirilməsini önəmli bir hadisə kimi dəyərləndirdi. Qonaq bildirdi ki, UNESCO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan dinamik fəaliyyəti ilə bu təşkilatın işinə böyük töhfə verir. Çu Sini, eyni zamanda, gələn il Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin konfransının da keçiriləcəyini qeyd edərək bu tədbirin də önəm daşıdığını bildirdi.

Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını xanım Odri Azuleyə çatdırmağı xahiş etdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04