İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

05 dekabr 2018, 11:10
İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.

Səfir Xeyrullah Spelenay fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xeyrullah Spelenay etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Əfqanıstan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə dəfələrlə görüşdüyünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini bildirdi, ölkələrimizin iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın Əfqanıstanda sülhün və sabitliyin təmin olunması işinə töhfə verdiyini və Əfqanıstanda xidmət edən Azərbaycan hərbi qulluqçularının sayının artırıldığını qeyd etdi. Əfqanıstanda sülhün və təhlükəsizliyin bütün region üçün vacib olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın “ASAN xidmət” təcrübəsinin bu ölkədə uğurla tətbiq olunmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu imkanlarına toxunaraq, Əfqanıstanın da Şərq-Qərb marşrutu üzrə Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən dəmir yolu layihələrindən faydalana biləcəyini bildirdi.

Səfir Xeyrullah Spelenay Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluğun daha da inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırdı. Səfir Azərbaycanın Əfqanıstanda sülhə və təhlükəsizliyə verdiyi töhfəsinə və ikitərəfli əsasda ölkəsinə müxtəlif sahələrdə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirdi. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini qeyd edərək, ölkəmizin inkişaf təcrübəsinin Əfqanıstan üçün xüsusilə vacib olduğunu dedi. Xeyrullah Spelenay Əfqanıstanın Şərq-Qərb marşrutu üzrə Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək, yükdaşımaların həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu vurğuladı.

Dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10