21 dekabr 2018, 14:40

Ziyad Quliyevdən, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident.

İlk növbədə, xalqımızın gələcəyi naminə gördüyünüz işlərə, çoxşaxəli fəaliyyətinizə, yürütdüyünüz siyasətə görə Sizə təşəkkür edirəm. Əminəm ki, gördüyünüz işlər Azərbaycan xalqının adını tarixin qızıl səhifələrinə yazmaq və ölkəmizin var olduğu yerdə mövqeyini möhkəmlətməyə ciddi töhfədir. Siz ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısısınız. Ümummilli Lider elə ülvi bir şəxsiyyət idi ki, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” deyərkən də, Azərbaycan adına fəxarət hissi keçirəcək bir məqam olanda da səsindəki qüruru, sevgini asanlıqla hiss etmək mümkün olurdu. Mən Sizin də səsinizdə bu qürur hissini duyuram.

Cənab Ali Baş Komandan, Sizin elmə və təhsilə göstərdiyiniz diqqətin nəticəsi olaraq mən dövlət xətti ilə təhsil aldığım İstanbul Universitetini uğurla bitirdim. Buna görə qəlbimdə hər zaman Sizə xüsusi təşəkkür və minnətdarlıq hissi duymuşam. Bir gənc alim olaraq Sizə nə qədər minnətdarlıq etsəm də, kifayət etməz. Qoy, Tanrım ölkəmizi daha da inkişaf etdirmək, dünyanın mötəbər bir dövləti olaraq hər yerdə sözünün kəsərinin olması üçün Sizin bu şərəfli fəaliyyətinizdə yolunuzu açıq etsin. Biz gənclər isə dünyanın hansı ölkəsində təhsil almağımızdan, hansı universitetdə və ya elmi qurumda fəaliyyət göstərməyimizdən asılı olmayaraq, Sizin bu ülvi amalınız uğrunda bir əsgər kimi xidmətinizdə hazır olaq.

Fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə,

Quliyev Ziyad

Türkiyə Respublikası, İstanbul şəhəri.