24 dekabr 2018, 14:40

Salam Əliyev və başqalarından, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər respublikamızın bütün bölgələrində çox böyük işlər görülüb, yeni infrastruktur obyektləri tikilib, parklar salınıb. Hər il kəndlərdə yeni subartezian quyuları qazılır, su, qaz və elektrik xətləri çəkilir.

Yola salmaqda olduğumuz 2018-ci ildə də rayonumuzda mühüm infrastruktur layihələri həyata keçirilib. Belə ki, sovetlər dönəmində tikilmiş binaların yerində yeni, müasir standartlara cavab verən yaraşıqlı binalar inşa edilərək istifadəyə verilir. Sizin sərəncamlarınız əsasında Zaqatala kəndlərinin avtomobil yolları tamamilə yenidən qurulur. Sizin qayğınız sayəsində minlərlə ailə sevinir. Buna görə Muxax kəndinin bütün sakinləri adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Allah Sizi sevindirsin, Sizi qorusun.

Fürsətdən istifadə edərək, Muxax kəndinin sakinləri adından Sizi doğum gününüz, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Kənd ağsaqqalları adından dərin hörmətlə,

Əliyev Salam Qədir oğlu

Mikayılov Bahaddin Mikayıl oğlu

Adamov İbadulla Əhməd oğlu

Əhmədov Adil Məhəmməd oğlu

Əhmədov Zeynullah İsmayıl oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Muxax kəndi.