24 dekabr 2018, 15:00

Mais Bayramovdan, Kürdəmir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son illərdə respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da geniş tikinti-quruculuq və abadlıq işləri aparılır. Təkcə Kürdəmir şəhəri deyil, kənd və qəsəbələrimizin də abadlaşdırılması istiqamətində böyük layihələr həyata keçirilir.

Cənab Prezident, rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığınız hər bir sərəncam biz sakinlər tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Rayonumuzun 7 yaşayış məntəqəsini birləşdirən Karrar-Bağman–Kəngərli avtomobil yolunun tikintisi ilə bağlı dekabrın 14-də imzaladığınız Sərəncam böyük sevincimizə səbəb oldu.

Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, bizə göstərdiyiniz diqqət və qayğıya əməli işlərimizlə cavab verəcək, bundan sonra da Sizin ətrafınızda sıx birləşərək, dövlətimizin inkişafı və iqtisadiyyatımızın möhkəmləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Karrar kəndinin ziyalıları adından dərin hörmətlə,

Bayramov Mais.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Karrar Kəndi.