26 dekabr 2018, 14:50

Zəfər Əhmədovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yola salmağa hazırlaşdığımız 2018-ci il kəndimiz üçün çox uğurlu oldu. Bu uğurun təməlində Sizin diqqət və qayğınız dayanır. Belə ki, Sizin Sərəncamınızla bizim Qarğalıq kəndi ilə rayon mərkəzini birləşdirən çox gözəl, dünya standartlarına cavab verən asfalt yol çəkildi. Əminik ki, bizim üçün çox əhəmiyyətli olan bu yol kəndimizin sosial-iqtisadi inkişafında yeni mərhələ açacaq.

Hörmətli cənab Prezident, bu yolun tikilməsinə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram. Fürsətdən istifadə edərək, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Sizi təbrik edirəm.

Qarğalıq kənd sakinləri adından dərin hörmətlə,

Əhmədov Zəfər.

Azərbaycan Respublikası, Masallı rayonu.