İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq mərkəzinin açılışında iştirak edib

27 dekabr 2018, 10:20
İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq mərkəzinin açılışında iştirak edib

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən işlər və burada yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Qeyd edək ki, müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 14 min kvadratmetr olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin universal zalında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 1950 tamaşaçı yerlik universal zalda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Burada əsasən Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubu fəaliyyət göstərəcək. İdman-sağlamlıq klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və dövlət qulluqçularının fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. Bundan başqa, klub nazirliyin qurumlarında idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsində iştirak edərək yığma komandaların, ayrı-ayrı idmançıların, məşqçilərin respublika və beynəlxalq əhəmiyyətli yarışlara qatılmasını təmin edir. Klub, həmçinin xilasetmə qurumlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq idman yarışları da təşkil edir. Son illər idman-sağlamlıq klubunun üzvləri müxtəlif yerli və beynəlxalq yarışlarda mühüm uğurlar qazanırlar. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə hər il “Mübarizlər” yarışı keçirilir. Bu il keçirilən yarışda klubun təmsilçiləri 8-i əcnəbi iştirakçıdan ibarət olmaqla, 45 komanda arasında birinci yeri tutub. Bundan başqa, klubun üzvləri 20-dək çempionatda, o cümlədən dünya və Avropa birinciliklərində, həmçinin digər turnirlərdə uğurla çıxış ediblər. Klubun kişilərdən ibarət voleybol komandası Azərbaycan çempionatında müvəffəqiyyətlə çıxış edərək ikinci yeri tutub. Klubda inkişaf etdirilən əsas idman növləri arasında nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmti müəyyənetmə, dağadırmanma, beşnövçülük və çoxnövçülüyə də xüsusi diqqət yetirilir.

İdman-Sağlamlıq Mərkəzinin trenajor, cüdo, boks, güləş, karate və taekvondo zallarında da idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Zallarda məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub.

Qeyd edildi ki, İdman-Sağlamlıq Mərkəzinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Buradakı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 120 nəfər izləyə biləcək.

Ölkəmizdə həyata keçirilən quruculuq işləri çərçivəsində gənclərlə iş və idman sahəsinə də xüsusi diqqət yetirilir. Kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində bir-birinin ardınca çoxsaylı idman obyektləri, o cümlədən Olimpiya kompleksləri inşa edilib, bir çox müvafiq infrastruktur yenidən qurulub.

İndi Azərbaycanda güclü idman potensialı formalaşıb. Böyüməkdə olan nəsil adlı-sanlı idmançılardan nümunə götürür və onların şərəfli yolunu davam etdirməyə çalışır. Onu da qeyd edək ki, idman-sağlamlıq klubunun üzvləri yalnız nazirliyin əməkdaşlarından ibarətdir. Hazırda klubun 300-dək üzvü var. Klubun üzvləri bu idman qurğusunda cüdo, güləş, karate, üzgüçülük, gimnastika, taekvondo və digər idman növləri üzrə ustalıqlarını artırırlar. Gələcəkdə idman növlərinin sayının artırılması nəzərdə tutulur. İdman-Sağlamlıq Mərkəzinin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10