27 dekabr 2018, 14:00

Elşad Hacıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ad gününüz münasibətilə Sizi şəxsən öz adımdan və ailə üzvlərimin adından təbrik edirəm. Sizə işlərinizdə yeni-yeni uğurlar, ailənizə daim səadət və xoş günlər arzulayıram.

Bir neçə gün bundan əvvəl eşitdiyimiz növbəti xoş xəbər bizi yenidən sevindirdi. Sizi “İlin dövlət başçısı” seçilməyiniz münasibətilə də təbrik edirəm. Bu uğur Sizin gərgin əməyinizin bəhrəsidir.

Əziz Prezidentimiz, ölkəmizin və xalqımızın adını daim ucaltdığınıza görə Sizə təşəkkür edirəm. Çox sağ olun.

Hörmətlə,

Hacıyev Elşad Çingiz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu