28 dekabr 2018, 12:00

Nurəddin Məmmədovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. 2018-ci il ölkəmiz üçün uğurlu illərdən biri oldu. Bu il mənim üçün də əlamətdardır. Ona görə ki, oktyabr ayında Sizin Sərəncamınızla mənə “Əməkdar müəllim” fəxri adı verilib.

Cənab Prezident, bir daha Sizi təbrik edir, Sizə səmimi qəlbdən təşəkkürümü və minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, gündən-günə çiçəklənən Vətənimizin daha da tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Məmmədov Nurəddin,

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.