28 dekabr 2018, 14:00

Nisə Hacıyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk növbədə, Sizi ad gününüz və Türkiyədə “İlin dövlət başçısı” seçilməyiniz münasibətilə təbrik edirəm. Dövlətimiz, xalqımız üçün gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Vətənimizin adının, şanlı bayrağımızın hər zaman ən yüksək zirvələrdə olması bizlər üçün böyük qürur hissidir.

Sizi və ailənizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Azərbaycan xalqı hər zaman Sizinlədir.

Hörmətlə,

Nacıyeva Nisə Vahid qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.