22 sentyabr 2011, 12:00

Daşkəsən rayon təhsil işçilərindən, Daşkəsən, Azərbaycan

Möhtərəm cənab Prezident!

Siz, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi bütün fəaliyyətinizi Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmişsiniz. Sizin prezidentliyiniz dövründə ölkəmizin şəhər və kəndlərində quruculuq və abadlıq işləri insanı heyrətə gətirir. Dünya standartlarına uyğun səhiyyə müəssisələrinin, təhsil ocaqlarının tikintisi, iqtisadiyyatın sürətli inkişafı bizim qəlbimizi qürur hissi ilə doldurur. Daşkəsənə tarixi səfəriniz hər birimizin yaddaşına əbədi həkk olunmuşdur. Son illərdə Daşkəsəndə 6 yeni məktəb binasının tikilib istifadəyə verilməsi, uşaq baxçaları, idman qurğularının müasir üslubda əsaslı təmir edilməsi, yeni iş yerlərinin açılması Sizin rayonumuza göstərdiyiniz qayğı və diqqətin əyani təcəssümüdür.

Bu günlərdə yeni xeyir-şər evinin istifadəyə verilməsi rayonumuzun bütün sakinlərini ürəkdən sevindirmişdir. Biz, rayon təhsil işçiləri ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsi uğrunda əzmkar mübarizəni dəstəkləyir və Sizin siyasi fəaliyyətinizi ürəkdən bəyənirik. Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Daşkəsən rayon təhsil işçiləri adından
F.Rüstəmov, S.Məmmədova, R.Nedalivko, D.Mahmudova və başqaları. Cəmi: 23 nəfər

Azərbaycan Respublikası, Daşkəsən rayonu.