24 yanvar 2019, 18:40

Hacı İsmayılovdan, Bakı, Azərbaycan

Əziz və möhtərəm Prezidentimiz İlham Əliyev.

Məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Siz müstəqil Azərbaycanımızın qurucusu və memarı, dahi liderimiz Heydər Əliyevin gördüyü böyük ləyaqətlə, şərəflə davam etdirən fədakar, fəxr ediləsi bir dövlət başçısısınız.

Hörmətli İlham Heydər oğlu, ulu öndərimiz Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi böyük diqqət və qayğını bu gün Siz layiqincə davam etdirir, sənətimizi, yaradıcılığımızı yüksək qiymətləndirirsiniz.

Zati-aliləri, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, fədakar əməyinizdə uğurlar və daha böyük qələbələr arzulayıram.

Hörmətlə,

İsmayılov Hacı, Xalq artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.