24 yanvar 2019, 19:15

Namiq Abbasovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident!

Qaçqın və məcburi köçkünlərin rifahının və mənzil-məişət şəraitinin davamlı şəkildə yaxşılaşdırılması istiqamətində görülən işlər Sizin bu sahəyə diqqət və qayğınızı özündə əks etdirir. Bizim ailə də bu qayğını hiss edənlərdən biridir. Sizə ünvanladığımız müraciətə əsasən mənzillə təmin olunmağımız bizə olan diqqətin bariz nümunəsidir. “Qobu Park” yaşayış kompleksində bizə verilən mənzili həyatımızın ən böyük hədiyyəsi hesab edirik.

Möhtərəm Prezident, bütün bunlara görə ailəmiz və yaxın qohumlarımız adından Sizə dərin minnətdarlığımı bildirirəm. Diqqət və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə edilən kömək yüksək insaniyyətdən irəli gəlir.

Allahın nəzərləri üzərinizdən əskik olmasın!

Hörmətlə,

Abbasov Namiq Ağaverdi oğlu

Qarabağ müharibəsi veteranı, məcburi köçkün.

Azərbaycan Respublikası, Ağdam rayonu.