24 yanvar 2019, 19:30

Şərqiyə Abbasova və Rauf Abbasovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Əhalinin məşğulluğunun təmin olunması barədə tapşırığın icrası nəticəsində aztəminatlı ailələrə özünüməşğulluq proqramı çərçivəsində verilmiş avadanlıqlar sayəsində kiçik biznes ailə təsərrüfatları qurulub.

Bizim Gəncə şəhərində də aztəminatlı ailələrə belə gözəl imkan yaradılıb. Buna görə çox sevinirik. Təlim kursu zamanı öz biznes-planlarımızı hazırladıq və sonra onu müdafiə etdik. Bu günlərdə isə bizim biznes-planlarımıza uyğun mal və materiallarla təmin olunduq.

Hazırda çörək-şirniyyat istehsalı üzrə fəaliyyətə başlamışıq.

Cənab Prezident, Allah Sizi qorusun, Sizə Gəncə sakinləri adından təşəkkür edirəm.

Hörmətlə,

Abbasova Şərqiyə Hüseyn qızı

Abbasov Rauf Müzəffər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.