28 yanvar 2019, 16:10

Bürhan Cabbarov və başqalarından, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə aparılan sosial siyasət, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər öz töhfəsini verir və ictimaiyyət tərəfindən təqdir olunur. Həyata keçirilən fəal məşğulluq tədbirləri ölkədə işsiz insanların məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Xüsusilə özünüməşğulluq proqramı çərçivəsində görülən işlərin çox böyük əhəmiyyəti var. Bizim ailələrimiz də bu proqramdan faydalanaraq öz kiçik ailə təsərrüfatlarını qurublar. Çalışırıq ki, təsərrüfatımızı daim inkişaf etdirək.

Cənab Prezident, bizim ailə təsərrüfatlarına malik olmağımız üçün yaradılan şəraitə görə Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Çox sağ olun.

Hörmətlə,

Cabbarov Bürhan Yunus oğlu

Mirzəyev Fərhad Rəhim oğlu

Abıyev Nurəddin Ərəstun oğlu

İsgəndərov Xaliq Qurban oğlu

Həsənov Ceyhun Xanoğlan oğlu və başqaları (cəmi: 118 nəfər).

Azərbaycan Respublikası, Cəlilabad rayonu.