31 yanvar 2019, 19:00

Elvin Yusubovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Son vaxtlar istər ölkə daxilində, istərsə də xaricdə apardığınız uğurlu siyasətin respublikamızın inkişafına böyük təsiri olmuşdur. Bu siyasətinizin nəticəsidir ki, əhalinin rifahı gündən-günə yaxşılaşır.

Cənab Prezident, yanvarın 28-də şəhid ailələri ilə görüşünüz bir daha göstərdi ki, Siz Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən insanlara daim böyük hörmət və ehtiram bəsləyir, onların ailə üzvlərinə və vərəsələrinə həmişə qayğı göstərirsiniz.

Bütün bunlara, həmçinin dövlətimizin dinamik və sürətli inkişafına görə Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Yusubov Elvin Əlizadə oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.