02 fevral 2019, 17:30

Rəsmiyyə Rüstəmovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz həmişə şəhid ailələrinə böyük qayğı göstərir, onların problemlərinin həll olunması üçün hərtərəfli tədbirlər görürsünüz. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə onlara 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi bizə bəslənən böyük diqqətin və qayğının növbəti təzahürüdür.

Mənim həyat yoldaşım şəhid olanda övladım 7 aylıq körpə idi. Dövlətimizin qayğısı ilə onu böyütdüm, ali təhsil aldı. Hazırda dövlət qulluqçusudur. Bizim məqsədimiz Vətənimizə, dövlətimizə layiqincə xidmət etməkdir.

Möhtərəm Prezident, Milli Qəhrəman ailəsinin üzvü olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Rüstəmova Rəsmiyyə Aqqaş qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.