04 fevral 2019, 16:00

Afət İbrahimovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi barədə fərmanınızı çox yüksək qiymətləndiririk. Bu addım bizi sevindirməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhuna da müsbət təsir edir.

Əziz Prezidentimiz, göstərdiyiniz qayğıya görə şəhid ailəsi olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Siz bizi daim diqqətdə saxlayırsınız. Hər zaman Sizin yanınızdayıq. Allah Sizi bu xalqın üzərindən əskik etməsin!

Hörmətlə,

İbrahimova Afət

Şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.