12 fevral 2019, 16:10

Qalina Hacıyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşıyam. Şəhidlərin və Milli qəhrəmanların ailələrinə, o cümlədən bizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən özüm əslən Belarusdanam. Artıq 30 ildən çoxdur ki, ailəmlə birlikdə sevimli Azərbaycanda yaşayıram.

Möhtərəm İlham Heydər oğlu, dahi rəhbərimiz, ulu öndər Heydər Əliyevin və əlbəttə, Sizin müdrik siyasətiniz, insanlara göstərdiyiniz qayğı sayəsində biz artıq uzun illərdir ki, aydın səma altında yaşayırıq. Sağ olun ki, ölkəmizdə əmin-amanlıqdır, sağ olun ki, uşaqlarımız və nəvələrimiz yuxudan təbəssümlə oyanırlar. Sağ olun ki, Azərbaycan mənim üçün Vətən olub.

Bu müddət ərzində bizə göstərdiyiniz köməyə və dəstəyə görə bütün şəhid ailələri və Azərbaycanın Milli qəhrəmanlarının ailələri adından Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizə və Mehriban xanıma sağ olun deyirəm ki, Vətənimizin rifahı naminə yorulmadan çalışırsınız. Sizin sayənizdə ölkəmiz gözəl və firavan diyara çevrilib.

Milli Qəhrəman Əlif Hacıyevin ailəsi adından səmimi ehtiramla,

Hacıyeva Qalina.

Azərbaycan Respublikası, Bakı şəhəri.