11 mart 2019, 11:45

Qətibə Məmmədova və başqalarından, Yevlax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz ehtiyacımız olduğu üçün hər birimiz ayrı-ayrı vaxtlarda banklardan kredit götürmüşdük. Aylıq ödənişimiz də büdcəmizə uyğun idi. Lakin dolların məzənnəsinin dəyişməsindən sonra həm götürdüyümüz kreditin, həm də aylıq ödənişimizin məbləği artdı. Təbii ki, bu, kənd təsərrüfatı ilə məşğul olan biz kəndlilər üçün kreditləri ödəməkdə çətinlik yaratdı.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız bizim hər birimizin sevincinə səbəb oldu. Vətəndaşların problemlərinin həlli istiqamətində belə bir humanist addım atdığınıza görə Sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Məmmədova Qətibə Allahverdi qızı

Kərimova Firəngiz Xanlar qızı

Rəhimov Rəhim Qulu oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu, Qaraməmmədli kəndi.