11 mart 2019, 13:00

Fərman Rüstəmov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son zamanlar qəsəbəmizdə infrastrukturla bağlı həyata keçirilən işlər Sizin bilavasitə xalqımıza olan diqqət və qayğınızdan irəli gəlir. Belə ki, qəsəbəmizdə su təchizatı sisteminin yenidən qurulmasından və yeni məktəbin tikilib istifadəyə verilməsindən sonra yollarımızın asfaltlanmasına başlanılıb. Görülən işlər on mindən çox sakini olan qəsəbəmizdə böyük ruh yüksəkliyi yaradıb. Əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində verdiyiniz tapşırıq və göstərişlərinizin, imzaladığınız fərman və sərəncamlarınızın bəhrələrini görməkdəyik.

Cənab Prezident, həyata keçirilən bu tədbirlərə görə Sizə dərin təşəkkürümüzü bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Rüstəmov Fərman Abbas oğlu

Əliyev Elman Tacəddin oğlu

Abbasov Mirzə Əhməd oğlu

Zeynalabdıyev Seyfəli Məhərrəm oğlu

Fətəliyev İsrayıl Əli oğlu və başqaları (cəmi 55 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi.