11 mart 2019, 13:25

Rauf Ağayevdən, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk növbədə, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Siz Azərbaycan xalqının layiqli Prezidenti kimi sevilir, bölgələrə səfəriniz zamanı coşqulu izdihamla və xoş təbəssümlə qarşılanırsınız.

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq əhali ilə səmimi görüşləriniz bir daha sübut edir ki, Siz Vətənə, xalqa sevərək xidmət göstərirsiniz. Bu çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Xalqımız Sizi sevir, Siz də xalqımızı sevirsiniz. Tanrı Sizi və Mehriban xanımı qorusun. Biz daim Sizinləyik. Eşq olsun Azərbaycan Respublikasının müdrik Prezidenti cənab İlham Əliyevə!

Hörmətlə,

Ağayev Rauf Tahir oğlu

Azərbaycan Respublikası, Saatlı rayonu, Yeni Novruzlu kəndi.