11 mart 2019, 14:10

Rədiyyə Fərəcovadan, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin inkişafı istiqamətində atdığınız uğurlu addımlar və gördüyünüz işlər hər bir Azərbaycan vətəndaşının gözü qarşısındadır və bütün bunlar xalqımızda böyük qürur hissi oyadır. Siz əhalinin güzəranının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün çox mühüm qərarlar verirsiniz. Son vaxtlar sosial sahə ilə bağlı imzaladığınız sərəncamlar bunu bir daha sübut edir. Bu addımlar xalqımız tərəfindən çox bəyənilir və alqışlanır.

Mən Hacıqabul rayonunun Navahı kənd kitabxanasında kitabxanaçı vəzifəsində işləyirəm. Əməkhaqqımın artırılması bizə böyük sevinc bəxş etdi. Bu, əmək fəaliyyətimizə də öz müsbət təsirini göstərəcək, insanlarımızın daha səmərəli işləmələri üçün stimul olacaqdır.

Cənab Prezident, biz Sizin uzaqgörən siyasətinizi dəstəkləyirik və bundan sonrakı fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Fərəcova Rədiyyə Yunis qızı.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.