11 mart 2019, 15:55

Məhərrəm Abdullayev və Maral İsmayılovadan, Lənkəran, Azərbaycan

Çox hörmətli və əziz Prezidentimiz.

Siz daim xalq üçün çalışır, xalqa xidmət edirsiniz. Ona görə də xalqımız Sizi çox sevir.

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən çoxmənzilli binada yaşayan ailələrimizin, qonşularımızın adından Sizə ən səmimi minnətdarlığımızı çatdırırıq.

Əziz Prezidentimiz, çox sağ olun ki, uzun illərdən bəri gözlədiyimiz işin görülməsi ilə bağlı göstəriş verdiniz və yaşadığımız binanın dam örtüyü tam təmir olundu. Belə bir işin görülməsi, soyuq qış günlərində çəkdiyimiz əziyyətə son qoyulması savabdır. Novruz bayramı ərəfəsində bizə bu sevinci bəxş etdiyinizə görə Allah Sizi həmişə sevindirsin. Allah Mehriban xanıma, övladlarınıza cansağlığı versin.

Biz həmişə Sizinləyik, cənab Prezident. Çox sağ olun. Qarşıdan gələn Novruz bayramınız mübarək olsun.

Hörmətlə,

Abdullayev Məhərrəm Məmmədəli oğlu

İsmayılova Maral Rza qızı.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi.