11 mart 2019, 17:30

Dəyanət Yusifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin xalq üçün etdikləriniz böyük və savaba layiq işlərdir. Buna görə bir vətəndaş olaraq Sizə çox minnətdaram. Çox sağ olun ki, aztəminatlı ailələri daim diqqət mərkəzinizdə saxlayır, onlardan qayğınızı əsirgəmirsiniz. Bu ilin əvvəlindən əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığınız fərman və sərəncamlar həyatımızı daha da firavanlaşdıracaqdır.

Sizin gördüyünüz bu işlərin ən böyük mükafatı xalqın razılığı və alqışıdır. Allah Sizdən razı olsun. Xalqımız hər zaman Sizinlədir. Bir daha Sizə dərin təşəkkürümü bildirir, qarşıdan gələn Novruz bayramınızı təbrik edirəm.

Hörmətlə,

Yusifov Dəyanət.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.