12 mart 2019, 15:45

İradə Şəmsiyeva və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq əhalinin rifahının yaxşılaşdırılması üçün həyata keçirdiyiniz islahatlar bütün xalqımız kimi, bizim də ürəyimizcədir. Minimum əməkhaqqının, əmək pensiyalarının, sosial müavinətlərin məbləğinin artırılması, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi, problemli kreditlərin həlli ilə bağlı həyata keçirilən tədbirlər xalqın mənafeyinə xidmət edir.

Sizə həm də ona görə minnətdarıq ki, öz yurd-yuvasından məcburi köçkün düşmüş insanlara verilən vahid aylıq müavinətin məbləğini 50 faiz artırdınız. Bu xəbər bütün məcburi köçkünləri çox sevindirdi.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, qarşıdan gələn Novruz bayramınızı təbrik edirik.

Hörmətlə,

Şəmsiyeva İradə

Hüseynova Raisə

Soltanova Lətifə.

Azərbaycan Respublikası, Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi.