12 mart 2019, 16:40

İftixar Piriyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanda teatr sənətinin inkışafı istiqamətində tutduğunuz mövqe, teatr xadimlərinə verdiyiniz yüksək dəyər, göstərdiyiniz diqqət və qayğı, eləcə də teatr sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığınız Sərəncam geniş ictimaiyyətin böyük sevinc hissinə səbəb oldu.

Bu sevinc hissi teatr sahəsində çalışanlarla yanaşı, bütün teatrsevərlərin də ürəyindən xəbər verdi. Bu münasibətlə həm bir sənət adamı olaraq şəxsən öz adımdan, həm geniş teatrsevər ordusu və teatr xadimləri adından, həm də İrəvan Dövlət Azərbaycan Dram Teatrının fədakar kollektivi adından Zati-alinizə minnətdarlığımızı bildirir, Sizə uzun ömür, cansağlığı və şərəfli vəzifənizdə daim yüksələn fəaliyyətinizlə daha böyük nailiyyətlər əldə etməyinizi arzulayıram.

Hörmət və ehtiramla,

Piriyev İftixar.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.