12 mart 2019, 17:00

Günel Ələkbərlidən, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən 1993-cü ildə Ağsu şəhərində anadan olmuşam. Müstəqil ölkəmdə ali təhsil almışam və magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. Bu illər ərzində ölkə rəhbərliyinin gənclərə olan qayğısını daim hiss etmişəm.

Hazırda dünyanın bir çox ölkələrində insanlar terror hadisələri ilə üzləşir, qorxu və təlaş içərisində yaşayırlar. Lakin Vətənimizin hər yerində insanlar rahat və firavan həyat sürürlər.

Cənab Prezident, ölkəmizdə belə təhlükəsiz şərait yaratdığınıza və gənclərə dəstək olduğunuza görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan gəncləri ölkəmizin parlaq gələcəyi naminə fəaliyyətinizdə hər zaman Sizinlədirlər.

Hörmətlə,

Ələkbərli Günel Feyruz qızı.

Azərbaycan Respublikası, Ağsu rayonu.