12 mart 2019, 18:55

Aqşin Mirfeyzullazadə və başqalarından, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanınız bir çoxları kimi, bizi də sevindirdi. Bu Fərmanla Siz xalqın yanında olduğunuzu, sadə vətəndaşların problemlərinin həllinə xüsusi diqqət yetirdiyinizi bir daha göstərdiniz. Biz Sizin xalqa necə sevə-sevə xidmət etdiyinizin şahidi oluruq.

Cənab Prezident, problemimizin aradan qaldırılması üçün mühüm qərar verdiyiniz üçün Sizə təşəkkür edirik. Bildirmək istəyirik ki, biz sadə insanlar arasında tez-tez oluruq. İnsanlar Sizi sevir, Sizin siyasi kursunuzu dəstəkləyir və hər zaman Sizinlədirlər. Allahdan Sizə, ailə üzvlərinizə və yaxınlarınıza uzun ömür, möhkəm cansağlığı diləyirik.

Qoy, Ulu Tanrı Sizi qorusun, daim Sizə kömək olsun!

Hörmətlə,

Mirfeyzullazadə Aqşin Nicat oğlu

Məcnunova İradə Şükür qızı

Mirfeyzullazadə Nuriyyə Vəli qızı.

Azərbaycan Respublikası, Yasamal rayonu.