03 aprel 2019, 15:05

Aminağa Fərzullayevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Çox sağ olun ki, bizim Mamusta kəndinin sakinlərini bu bayram günlərində bir daha sevindirdiniz, kəndimizin yolunun bərpası üçün Sərəncam verdiniz, vəsait ayırdınız. Biz Sizə çox minnətdarıq.

Bu yol ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə - 1970-ci illərdə asfaltlanmışdı. Ulu Öndər kəndimizə gəlmiş, bizimlə tarlada mehribancasına görüşüb söhbət etmiş, yaşayışımızla, işimizlə maraqlanmışdı. Biz həmin görüşü həmişə xatırlayırıq. Allah ona rəhmət eləsin, çox qayğıkeş rəhbər idi.

Siz də onun kimi qayğıkeşsiniz, xalqa xidmət edirsiniz. Verdiyiniz fərman və sərəncamlar xalqın daha yaxşı yaşaması üçün zəmin yaradır.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Fərzullayev Aminağa Mirzə oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Mamusta kəndi.