03 aprel 2019, 19:15

Eldar Rüstəmovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin müdrik siyasəti Sizin sayənizdə uğurla davam etdirilir. Müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinə yönəlmiş sərəncamlarınızı böyük razılıq hissi ilə qarşıladıq və bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Dövlətimizi, torpaqlarımızı və Vətənimizin bütövlüyünü həmişə müdafiə etmişik, bundan sonra da dövlətimizin və Prezidentimizin yanında olacağıq. Ölkəmizdə gənc nəslin tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində böyük işlər görülür, respublikamız sürətlə inkişaf edir.

Möhtərəm cənab Prezident, biz müharibə veteranları Sizin əmrinizə həmişə müntəzir dayanmışıq və torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbərik.

Bizə göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, Sizin müdrik rəhbərliyinizlə üçrəngli bayrağımız Qarabağ torpaqlarında dalğalanacaqdır! Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Rüstəmov Eldar, Suraxanı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.