12 aprel 2019, 12:15

İlqarə Talıbovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz şagirdlərin sağlam, tərbiyəli, savadlı, vətənpərvər böyüməyi istiqamətində görülən işlərə, həmçinin dünya görüşümüzün yüksəlməsində mühüm əhəmiyyət kəsb edən maarifləndirici tur-aksiyaların təşkilinə görə Sizə minnətdarlığımı bildirirəm.

Siz hər bir sahəyə olduğu kimi, təhsilə də böyük önəm verir, böyük qayğı ilə yanaşırsınız. Bu qayğının nəticəsidir ki, məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” tur-aksiyasının keçirilməsi artıq ənənəyə çevrilmişdir. Mən çox xoşbəxtəm ki, bu tur-aksiyanın iştirakçısı kimi qədim Naxçıvan torpağında oldum. Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilmişdir. Bu tur çərçivəsində qədim Naxçıvanın müxtəlif yerlərinə səfər etdim, onun tarixi, mədəniyyəti, zəngin mətbəxi ilə tanış oldum. Azərbaycanımızın bu gözəl dilbər guşəsi haqqında eşitdiklərimi, oxuduqlarımı bir daha öz gözlərimlə gördüm. Təəssüratım çox yüksək səviyyədədir.

Biz bunu ömür boyu unutmayacağıq, cənab Prezident!

Hörmətlə,

Talıbova İlqarə İlqar qızı,

10-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi.