17 aprel 2019, 18:00

Abdulla Qasımovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Böyük siyasi xadim və şəxsiyyət, qəlblərdə hər zaman yaşayan ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq dövlətimizi yerli və xarici düşmənlərin məkrli əməllərindən qoruması insanların yaddaşına əbədi həkk olundu. Ulu Öndərin xalqımıza, dövlətimizə bəxş etdiyi nailiyyətləri, xoş günləri Siz uğurla davam etdirirsiniz.

Siz hər zaman xalqımızın rifah halını düşünür və bu istiqamətdə köməyinizi əsirgəmirsiniz. Son aylarda imzaladığınız fərman və sərəncamlar rayonumuzun ağsaqqalları tərəfindən böyük sevinclə qarşılandı. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi, sosial müavinətlərin və minimum əməkhaqlarının artırılması, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin avtomobillərlə təmin edilməsi barədə fərman və sərəncamlarınız xalqa böyük diqqət və qayğının təzahürü olaraq alqışa layiqdir.

Hörmətli cənab Prezident, Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşünüz və bu ailəyə mənzil hədiyyə etməyiniz də hər birimizi fərəhləndirdi. Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Göygöl Rayon Ağsaqqallar Şurasının bütün üzvləri adından bir daha Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qasımov Abdulla Həmid oğlu, Göygöl Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Göygöl rayonu.