18 aprel 2019, 18:00

Həlimə Qənbərovadan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Lerik rayonunun uzunömürlülər kəndi olan ucqar Barzavu kəndində yaşayıram. Məşhur uzunömürlü – 168 il yaşamış Şirəli Müslümovun qızıyam.

Bu ilin əvvəlində imzaladığınız sosialyönümlü sərəncam və fərmanlar respublikanın 10 milyonluq əhalisinin böyük bir qisminə şamil olunur. Bu sənədlərdə əksini tapan məsələlərin icrası mənim özümə və ailəmin hər bir üzvünə müsbət təsirini göstərməkdədir.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə və çox hörmətli Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Sizə və ailə üzvlərinizə atam Şirəli Müslümov qədər ömür sürməyi arzu edirəm.

Hörmətlə,

Qənbərova Həlimə Şirəli qızı.

Azərbaycan Respublikası, Lerik rayonu, Barzavu kəndi.