“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 oktyabr 2011, 18:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı işçilərinə “Əməkdar Mühəndis” fəxri adı verilsin:

Əyyubov Nüsrət Rauf oğlu
Məmmədov Elxan Kamal oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2011-ci il.